Haqqımızda

«NUR KAUÇUK MMC» şirkəti EPDM-NİTRİL-NEOPROPEN-NR (Natural Rubber) materialından və Silikondan rezin bərkidicilərin istehsal edilməsi məqsədilə 2018-ci ildə Azərbaycan-ın Baki şəhərində təsis edilmişdir.

Yüksək keyfiyyət siyasəti sayəsində “NUR KAUÇUK” şirkəti öz sahəsində liderlik mövqeyinə malik olan şirkətlər arasında özünə yer tapa bilmiş və hal-hazırkı dövrdə yeni müasir sahələrdə keyfiyyətli bərkidicilərin istehsalını davam edir. Şirkətimiz ekstruziya və inyeksiya üsulları ilə kauçukdan müxtəlif məmulatların istehsalı ilə məşğuldur.

Şirkətimizin məhsulları avtomobil, tikinti, məişət, gəmi və maşınqayırma, pəncərə və s. sektorlarda geniş tətbiq olunur. Azərbaycan-da yerləşən və sahəsi 15000 kv.m olan istehsalatımız ümumi olaraq 40.000 kv.m sahəni tutan tamamilə inteqrasiya edilmiş strukturdur. Məhsulumuzun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, müştərilərin fərdi sifarişləri əsasında işlənib hazırlanır və istehsal olunur.

İstehsalatın idarə edilməsinin müasir sistemləri sayəsində şirkətimiz istehsalatı əhəmiyyətli dərəcədə sürətləndirmişdir ki, bu, qəbul edilmiş sifarişləri operativ şəkildə icra etmək üçün şərait yaradır.