ALÜMİNİUM FASAD BƏRKİDİCİLƏRİ

Nur Kauçuk işıqlı-şəffaf fasadlar seqmentinə xüsusi diqqət yetirməklə, həm daxili, həm də xarici bazarda EPDM bərkidicilərin tədarükünü həyata keçirir. Hazırlanan EPDM bərkidici ozona qarşı yüksək davamlılıq və ultrabənövşəyi şüalara davamlılıq, tez və sadə quraşdırma imkanı, eləcə də minimal keçiricilik və minimal deformasiya kimi keyfiyyətlərə malik olmaqla, zəruri tələblərə tam cavab verir.

AVTOMATİK QAPILAR VƏ QARAJ DARVAZALARI ÜÇÜN BƏRKİDİCİ

Bərkidicinin bu növü qapı və darvazaların yuxarı, aşağı və yan hissələrində hava və toz keçirməzliyinin təmin edilməsi, eləcə də hidroizolyasiya üçün nəzərdə tutulmuşdur.

ŞÜŞƏ ÜÇÜN BƏRKİDİCİLƏR

Biz müxtəlif həndəsi formalı istənilən növ su, toz və səs izolyasiyalı məsaməli bərkidicilər təqdim edirik: düzbucaqlı, halqaşəkilli, kvadrat və digər müxtəlif mürrəkkəbliyə malik formalar.

GƏMİÇİLİK SƏNAYESİ ÜÇÜN BƏRKİDİCİLƏR

Müştərinin istəyindən asılı olaraq, şirkətimiz lyuklar üçün bərkidicilər, eləcə də gəmiçilik sənayesində istifadə olunan istənilən digər rezin məmulatlar təqdim edə bilər.

MƏSAMƏLİ BƏRKİDİCİLƏR

Biz müxtəlif həndəsi formalı istənilən növ su, toz və səs izolyasiyalı məsaməli bərkidicilər təqdim edirik: düzbucaqlı, halqaşəkilli, kvadrat və digər müxtəlif mürrəkkəbliyə malik formalar.

TİKİŞLƏRİN GERMETİZASİYASI ÜÇÜN BƏRKİDİCİLƏR

Bu bərkidici növü tikişlər üçün germetik və doldurucu kimi istifadə edilir və iki əsas qrupa bölünür: deformasiya olunan və lentşəkilli. Onlar əyilmə qabiliyyəti, elastikliyi, kimyəvi təsirə davamlılığı, su və səs keçirməzliyi sayəsində geniş tətbiq olunur.

DİLATASİYA BƏRKİDİCİLƏRİ

Genişləndirici tikişlərin elastikliyini təmin edən EPDM bərkidicilər istənilən ölçüdə hazırlana bilər. Bir qayda olaraq, onlar uçuş-eniş zolaqlarının, avtomobil yollaırnın və körpülərin, sənaye meydançalarının tikintisi zamanı, eləcə də bir çox digər hallarda tətbiq edilir.

HALQALARIN TƏCHİZİ ÜÇÜN BƏRKİDİCLƏR

Şirkətimiz qısqaclı bağlantılar üçün nəzərdə tutulmuş, çox vaxt daxili qaz xətti və ya kondisioner sistemi borularının bərkidilməsi zamanı istifadə olunan, müxtəlif kəsimli rezin bərkidicilər təklif edir. Bu məhsul növü ozona, korroziyaya, deformasiyaya yüksək davamlılığa malikdir, eləcə də vibrasiyaları kompensasiya edə bilir.

AVTOMOBİL İSTEHSALI SAHƏSİNDƏ BƏRKİDİCİLƏR

Müştərinin tələbi ilə şirkətimiz şüşə konstruksiyalar üçün avtomobil bərkidiciləri və avtomobil bərkidicilərinin digər növlərini hazırlaya bilər.

XÜSUSİ SİFARİŞ ÜZRƏ BƏRKİDİCİLƏR

* Günəş kollektorları üçün rezin bərkidicilər,
* İri qabaritli məişət texnikasının istehsalı üçün rezin bərkidicilər (paltaryuyan maşınların, tozsovuranların, qabyuyan maşınların, sobaların istehsalı üçün, eləcə də digər bərkidicilər),
* Rezin şlanqların müxtəlif növləri,
* Hovuz üçün bərkidicilər,
* Halqaşəkilli bərkidicilər,
* Heyvanlar üçün örtüklər,
* İzolyasiya edici bərkidicilər,
*Ağır texnika və hərbi rehli maşınlar,
* Qoruyucu filtrlər üçün bərkidicilər,
*İllüminasiya bərkidicilərinin mühendis kommunikasiya şəbəkələri üçün bərkidicilərin istənilən növü (asfaltda, bağda, konstruksiyalarda və s., eləcə də digər növ kanallarda),
* Bundan başqa, rezin bərkidicilərin və ara qatların bir çox digər növləri sifarişçinin istəyinə uyğun hazırlana bilər.

REZİN VULKANİZASİYA OLUNMUŞ PRESLƏNMİŞ MƏMULATLAR

• Alüminium sistemlər üçün qaynar preslənmiş rezin detallar.

Manjetşəkilli və bucaqlı bərkidicilər, eləcə də bir çox digər yüksək keyfiyyətli qaynar preslənmiş rezin detallar vakuum və inyektor presslərinin istifadəsi zamanı uğurla istehsal olunur.

• Qaynar preslənmiş məmulatların digər növləri
Sifarişçinin arzu etdiyi parametrlərə uyğun olaraq aşağıdakılar hazırlana bilər: iri qabaritli məişət texnikası, avtomobil, inşaat, tekstil və digər sənayelər üçün qaynar preslənmiş rezin detalların istənilən növləri..